BMU-nun daha bir tələbəsi xaricdə təhsil üzrə Dövlət Proqramının qalibi olub

bmu-nun-daha-bir-telebesi-xaricde-tehsil-uzre-dovlet-proqraminin-qalibi-olub
Oxunma sayı: 2495

Bakı Mühəndislik Universitetinin (BMU) daha bir tələbəsi təhsilini Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri olan Edinburq Universitetində davam etdirəcək.

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, universitetin Memarlıq və inşaat fakültəsinin Kimya mühəndisliyi ixtisasının (tədris ingilis dilində) məzunu Lamiyə Rəhimova “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın qalibi olub.

Proqramın qalibi Böyük Britaniyada sözügedən ali təhsil müəssisəsinin magistratura səviyyəsi üzrə “Advanced Chemical Engineering” ixtisasına qəbul olub.

2019-2020-ci tədris ilində BMU-nun kimya mühəndisliyi ixtisasına 630 balla daxil olan L.Rəhimova 2023-cü ildə bakalavriat səviyyəsindən ümumi orta müvəffəqiyyət göstəricisi 94.71 balla məzun olub.