BMU-nun komandası “Cənubi Qafqaz açıq çempionatı”na qatılacaq

BMU-nun komandası “Cənubi Qafqaz açıq çempionatı”na qatılacaq
Oxunma sayı: 426

Bakı Mühəndislik Universitetində (BMU) “44-cü ICPC-Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin regional mərhələsi (XV Azərbaycan Çempionluğu) keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müsabiqədə 18 ali təhsil müəssisəsindən 54 komanda və 3 məktəblilər komandası (müsabiqədən kənar) iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov informasiya texnologiyaları sahəsinin dünyanın, eləcə də müasir dövrdə ölkəmizin inkişafındakı rolundan danışıb.

Müsabiqənin Azərbaycan üzrə regional direktoru, Bakı Dövlət Universetinin dosenti Ramin Mahmudzadə çıxışında tədbirin əhəmiyyətindən danışıb. Bildirib ki, ümumilikdə bu müsabiqə dünyada iştirakçıların sayına, elmi və texnoloji səviyyəsinə görə ən prestijli müsabiqədir.

Çıxışlardan sonra müsabiqə başlayıb. Müsabiqədə komandalara 5 saat ərzində 13 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə http://opentrains.mipt.ru/~ejudge/showres.cgi?data=res625 saytında avtomatik sistemlə aparılıb. 

Müsabiqənin nəticələrinə görə BMU-nun Baku EU 1 komandası I, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ASOIU 2 komandası II, Azərbaycan-Fransa Universitetinin UFAZ 1 komandası III yerə layiq görülüblər. 

Müsabiqədə müvəffəqiyyət qazanmış komandalar 29 noyabr-1 dekabr tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək 44-cü ICPC müsabiqəsinin növbəti yarımfinal mərhələsində və “Cənubi Qafqaz açıq çempionatı”nda iştirak etmə hüququ əldə ediblər.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi