BMU-nun prorektoru tələbə təşkilatının üzvləri ilə görüşüb

bmu-nun-prorektoru-telebe-teskilatinin-uzvleri-ile-gorusub
Oxunma sayı: 1216

Bakı Mühəndislik Universitetinin Tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə universitetdə fəaliyyət göstərən Tələbə Gənclər Təşkilatının İdarə Heyətinin üzvləri ilə görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, görüşdə tələbə təşkilatlarının fəaliyyətindən, gənclərin mənəvi tərbiyəsindəki rolundan və tələbələrin asudə vaxtlarının səmərəli keçirmələrindən bəhs olunub. Bildirib ki, hazırda universitetdə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK), Tələbə Gənclər Təşkilatı (TGT), YAP Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti (TEC) kimi 4 tələbə təşkilatının fəaliyyət göstərir. Tələbə təşkilatları müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirir və TGT-nin üzvləri beynəlxalq tələbə konfranslarında universiteti layiqincə təmsil edirlər. 

Daha sonra ayrı-ayrı tələbələrin fikirləri dinlənilib, rəy və təklifləri müzakirə olunub.