BMU-nun tələbələri Bayraq Günü ilə bağlı aksiya təşkil ediblər

BMU-nun tələbələri Bayraq Günü ilə bağlı aksiya təşkil ediblər
Oxunma sayı: 381

Bakı Mühəndislik Universitetinin (BMU) II kurs tələbələri 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə aksiya təşkil ediblər. 

“Qafqazinfo” xəbər verir ki, aksiya çərçivəsində tələbələr universitetin rektoru, professor Havar Məmmədovla görüşüblər. 

H. Məmmədov belə bir aksiyaya görə tələbələrə təşəkkürünü bildirib. O, ötən gün Dövlət Bayrağı Günü münasibətilə universitetdə təntənəli tədbirin təşkil olunduğunu xatırladıb.  Professor hazırda dünyanın 70-ə qədər ölkəsində fəaliyyət göstərən diplomatik nümayəndəliklərdə və səfirliklərdə Azərbaycan bayrağının dalğalandığını diqqətə çatdırıb. Rektor bu günün önəmindən danışaraq, gənclərə tövsiyələrini verib.

Qeyd edək ki, aksiya çərçivəsində tələbələr Bayraq Günü ilə bağlı buklet hazırlayıblar. Bukletdə müstəqilliyimizin əsas atributlarından olan bayrağın yaranması, tarixi və Bayraq Gününün təsis olunması ilə əlaqədar faktlar öz əksini tapıb. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi