BMU tələbələrinin layihələrindən ibarət sərgi-təqdimat keçirilib - Fotolar

bmu-telebelerinin-layihelerinden-ibaret-sergi-teqdimat-kecirilib
Oxunma sayı: 1011

Bakı Mühəndislik Universitetində (BMU) “Mühəndis hazırlığında nəzəri biliklərlə yanaşı praktiki bacarıqların rolu” mövzusunda sərgi-təqdimat keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, universitetin Avtomatika, telekommunikasiya və energetika kafedrasının 5 illiyinə həsr olunmuş tədbirdə professor-müəllim heyəti və tələbələr, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin nümayəndələri və digər qonaqlar iştirak ediblər. 

BMU-nun rektoru Yaqub Piriyev müasir çağırışlar və qlobal tendensiyalar fonunda həm ali, həm də peşə təhsili müəssisələrində rəqabətqabiliyyətli kadr hazırlığının vacib məqamlarına, eyni zamanda qoyulan hədəflərə nail olunması üçün təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə diqqət çəkib. 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində də İKT, elektronika, elektrik mühəndisliyi, avtomatlaşdırma və inşaat kimi vacib istiqamətlər üzrə kadr hazırlığının aparıldığını xatırladan rektor Mərkəzin məzunlarının gələcəkdə təhsillərini eyni istiqamətlər üzrə BMU-da davam etdiricəklərinə ümidvar olduğunu söyləyib. Sərgi-təqdimatın təşkili və tələbələrin bu prosesdə fəallığını yüksək dəyərləndirən rektor onlara uğurlar arzulayıb. 

Çıxışlardan sonra sərgiyə baxış keçirilib, tələbələrin hazırladıqları qurğuların, maketlərin təqdimatı edilib.