Müttəhimə ayaqqabı atdı, vəkilə dəydi

muttehime-ayaqqabi-atdi-vekile-deydi
Oxunma sayı: 635

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, Anders Breyvikin məhkəmə dinləmələri zamanı zalda əyləşən müşahidəçilərdən biri "Qatil, rədd ol cəhənnəmə!"-qışqıraraq çəkməsini norveçli terrorçunun üzərinə atıb. O, dərhal məhkəmə nəzarətçiləri tərəfindən zaldan çıxarılıb.

Ayaqqabı Breyvikə deyil, onun vəkili Bibek Hayn Berə dəyib. Ayaqqabısını atan şəxs zaldan çıxarılarkən, “Sən mənim qardaşımı öldürmüsən”, deyə qışqırıb.

Anders Breyvik 2011-ci ilin iyulunda həyata keçirdiyi terror aktına görə ittiham olunur.