Müxalifət Azərbaycanda demokratiyaya necə keçəcək? – Yumşaq layihə

<b>Müxalifət Azərbaycanda demokratiyaya necə keçəcək? –<font color=red> Yumşaq layihə</b></font>
Oxunma sayı: 452

İctimai Palata hazırlanan “Demokratiyaya yumşaq keçidin yol xəritəsi” adlı sənədə dair mübahisələrə son qoyulub, kompromis əldə olunub və sənədin bitkin variantı hazırlanıb. “Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, layihə 27 avqustda İP-in növbəti sessiyasına müzakirəyə çıxarılacaq. Sənədi təqdim edirik:

Demokratiyaya yumşaq keçidin yol xəritəsi

İctimai Palata Azərbaycanı inkişaf etmiş, müasir dövrün tələblərinə cavab verən, beynəlxalq ictimaiyyətin və öz vətəndaşların rəğbətini qazanmış dövlətlər sırasında görmək istəyir. Biz Azərbaycanda tez bir zamanda demokratik siyasi sistemin və liberal iqtisadiyyatın yaranmasına, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafına nail olmaq ucun təxirəsalınmaz köklü islahatların aparılmasını vacib sayırıq. Bu məqsədlə bütün mütərəqqi qüvvələri bu Yol Xəritəsinin reallaşması üçün ciddi səylər göstərməyə çağırırıq. Təklif olunan yol xəritəsi konkret bir dövr – avtoritarizmdən demokratiyaya yumşaq keçid dövrü və bu keçidi təmin etmək üçün nəzərdə tutulur. Keçid dövrü bir necə mərhələdən ibarətdir və ümumi müddəti təxminən 2 il ?əkə bilər (növbəti prezident seçkilərinə qədər).
Birinci mərhələ: Demokratiyaya keçidin siyasi əsası yaradılır
1. Hakimiyyətlə İctimai Palata arasında geniş formada siyasi dialoq başlanır və bütün məsələlər dialoq yolu ilə həll edilir.
2. Siyasi konfrontasiya və siyasi repressiyalar kursundan imtina edilir. Ölkədə islahatlar və milli birlik mühiti yaradılır. Bu məqsədlə:
2.1 Siyasi amnistiya verilir. Bütün vicdan və siyasi məhbuslar azad edilir, onların mülki və siyasi hüquqları bərpa edilir. Siyasi mühacirətdə olan şəxslərin ölkəyə qayıtmasına təminat verilir.
2.2 Demokratik islahatlar kursunu dəstəkləmək və islahatlara ictimai etimad yaratmaq məqsədi ilə rəsmi KİV-lərdə və ilk növbədə televiziya kanallarında geniş, şəffaf və İctimai Palatanın da iştirakını təmin edən diskussiyalar başlanır. İctimai Televiziya cəmiyyətin bütün təbəqələrinin informasiya yaymaq və almaq hüququnu bərabərlik prinsipi əsas götürülməklə təmin edir. Müxalifətin televiziya efir məkanına normal çıxışını təmin etmək üçün xüsusi televiziyanın yaradılması və ya İctimai Televiziyadan bu məqsədlə istifadə edilməsi məsələsinə baxılır.
2.3 Sərbəst toplaşma azadlığı problemi həll edilir. “Sərbəst toplaşma azadlığı haqqında” qanunda kütləvi aksiyaların keçirilməsi məhdudlaşdırılan və xüsusi olaraq göstərilən yerlər istisna olmaqla digər yerlərdə kütləvi aksiyaların yalnız xəbərdar edilmə prinsipi ilə həyata keçirilməsi praktikası tətbiq edilir. Bakı şəhərində Azadlıq meydanı kütləvi aksiyalar keçirilməsi üçün açılır.
2.4 Vicdan və dini ibadət azadlıqları və o cümlədən hicab azadlığı təmin edilir.
2.5. Mətbuat və elektron KİV- lərə, o cümlədən İnternet sahəsində, təzyiqlərə və məhdudiyyətlərə son qoyulur. İnformasiya haqqında qanun liberallaşdırılır və diffamasiya haqqında qanun qəbul edilir.
2.6 QHT- lərin qeydiyyat məsələləri sadələşdirilir və onlara geniş fəaliyyət azadlığı verilir.
2.7. Qanunvericilikdə siyasi partiyaların normal fəaliyyətini təmin etmələri üçün dövlətin üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsi istiqamətində əməli addımlar atılır. Siyasi partiyaların mərkəzi və yerli orqanları üçün ofislərin ayrılması məsələsi həll edilir. Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi problemi qanunvericilikdə təsbit edilir və həyata keçirilir.
2.8. İnsanların mülkiyyət hüququnun qorunması dövlət tərəfindən birmənalı təmin edilir.
2.9. Hakimiyyət, siyasi müxalifət, vətəndaş cəmiyyəti, işğal olunmuş ərazilərdən qaçqın düşmüş əhalinin nümayəndələri, tanınmış ziyalılar, Qarabağ müharibəsi veteranlarının və digər zəruri hesab olunan şəxslərin iştirakı ilə Qarabağ qurultayı keçirilir və bu məsələdə ümumi milli mövqe nümayiş etdirilir.
2.10. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə əsasən öz üzərinə götürdüyü beynəlxalq öhdəliklər qüvvədə qalır.
İkinci mərhələ: Demokratiyaya keçidin hüquqi və təşkilati əsasları yaradılır.
3. Azərbaycan Respublikası Prezidenti yanında Demokratik İslahatlar Şurası (DİŞ) yaradılır. DİŞ haqqında qanun qəbul edilir.
3.1 DİŞ rəsmi hakimiyyət və vətəndaş hərəkatını təmsil edən İctimai Palatanın təqdim etdikləri namizədlərdən ibarət formalaşdırılır. DİŞ–da siyasi partiyalar, vətəndaş cəmiyyəti təşkilatları, media quruluşları, gənclik hərəkatlarının nümayəndələri və mütəxəssislər təmsil olunur.
3.2 DİŞ ictimai əsaslarla, aşkarlıq və hesabatlılıq şəraitində, müəyyən edilmiş müddət ərzində fəaliyyət göstərir. DİŞ ölkədə köklü islahatların hazırlanmasını və həyata ke?irilməsini təmin edir.
4. Konstitusiya islahatları sahəsində:
4.1. Yeni Konstitusiya qəbul edilənə qədər keçid dövrü islahatlarının hüquqi bazasınının təmin edilməsi mövcud Konstitusiyaya əlavə və dəyişikliklər vasitəsi ilə edilir.
4.2. Ali hakimiyyət və yerli özünüidarə orqanlarının proporsional - majoritar (qarışıq) seçki sistemi əsasında formalaşdırılması qaydası Konstitusiyada təsbit edilir.
4.3. Hakimiyyətin bölünməsi prinsipinə tam nail olmaq məqsədi ilə Nazirlər Kabinetinin və Milli Məclisin səlahiyyətlərinin genişləndirilməsi məsələsinə baxılır.
4.5. Müstəqil məhkəmə sisteminin formalaşdırılması ???n hakimlər korpusunun seçilməsi və fəaliyyət prinsipləri ilə bağlı qanunvericilikdə müvafiq dəyişiklər edilir.
4.6. Hakimiyyət orqanlarında rəhbər vəzifələrə eyni bir şəxsin seçilməyə, vəzifədə olma təkrarlılığına və müddətlərinə məhdudiyyət qoyulması prinsipi və əvəzlənmə proseduraları Konstitusiyada təsbit edilir.
4.7. Təhlükəsizlik sektoru üzərində parlament nəzarətinin təmin edilməsi məqsədi ilə müvafiq hakimiyyət strukturlarının Milli Məclisə hesabatlılığı qaydası təsbit edilir.
5. Seçki qanunvericiliyi sahəsində:
5.1. Seçkili ali hakimiyyət və yerli özünüidarə orqanlarının çoxpartiyalı, qarışıq ( majoritar -50% və proporsional – 50%; ) seçki sistemi əsasında formalaşdırılması tətbiq edilir. Milli Məclisin say tərkibinin genişləndiirilməsi məsələsinə baxılır.
5.2 Seçki Məcəlləsinin demokratikləşməsi məqsədilə vətəndaş cəmiyyəti təşkilatlarının, siyasi müxalifətin və beynəlxalq təşkilatların təklif və tövsiyələrini nəzərə alan dəyişikliklər edilir. Seçki komissiyaları hakimiyyət və müxalifətin paritet əsasda təqdim etdikləri namizədlərdən formalaşdırılır.
5.3 Qanunvericilikdə iri şəhər bələdiyyələrinin yaradılması və bələdiyyə başçılarının birbaşa seçilməsi qaydası təsbit olunur.
6. Sosial-iqtisadi sahədə:
6.1. İqtisadi - maliyyə amnistiyası verilməsi məsələsinə baxılır. Leqallaşmış xüsusi mülkiyyətin toxunulmazlığına tam təminat verilir.
6.2. İqtisadi fəaliyyət azadlığı və biznes mühitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. Orta və xırda biznes üzrə ombudsman institutu yaradılır.
6.3. Sosial dövlət konsepsiyası hazırlanır və tədricən həyata keçirilir.
6.4. Maaş, pensiya və sosial ödənişlərin minimum hədləri və ya baza hissələri dərhal iki dəfə artırılır.
6.5. Əhalinin SSRİ dövrü əmanətləri qaytarılmağa başlanır.
6.6. Neft gəlirlərindən hər bir vətəndaşa birbaşa pay verilməsi təmin edilir. Neft gəlirlərindən şəffaf ,ədalətli və səmərəli istifadə olunur. Neft Fondunun Müşahidə Şurasının tərkibi dəyişir. Ora tanınmış insanlar,vətəndaş cəmiyyətinin nümayəndələri daxil olunur.Bu sahədə hökumət hesabatlılığı təmin olunur.
6.7. Ana və uşaqların sosial (pensiya, müavinət və s.) imtiyazları bərpa edilir.
6.8. Dövlət ali təhsil müəssisələrində ödənişli təhsil sisteminin ləğv edilməsi məsələsinə baxılır. Ödənişli təhsil sistemi saxlandığı müddətdə təhsil haqlarının artırılmasına yol verilmir.
6.9. Silahlı qüvvələrdə xidmət müddəti peşəkar xidmət hərbi qulluqçularının sayının artırılması hesabına həqiqi hərbi xidmət müddəti tədricən 15, 12 daha sonra 9 aya qədər azaldılır. Bütün ali təhsil pillələri üzrə hərbi xidmətə möhlət hüququ tətbiq edilir.
7. Korrupsiyaya və monopoliyalara qarşı mübarizə sahəsində:
7.1 Korrupsiyaya qarşı Dövlət komissiyası DİS- in formalaşdırılması prinsipi ilə yenidən təşkil edilir.
7.2. Adı ciddi korrupsiya iddialarında hallandırılan məmurlar vəzifədən uzaqlaşdırılır, barələrində təhqiqat başlanır və təhqiqat başa çatana qədər onların Ali dövlət hakimiyyəti orqanlarında rəhbər vəzifələr tutmalarına yol verilmir.
7.3. Məmurların və onların yaxın qohumlarının əmlaklarının, kapitalının və gəlirlərinin bəyan edilməsi qaydası tətbiq edilir
7.4. İctimai vəsaitlər (neft pulu,büdcə,beynəlxalq kreditlər) hesabına reallaşdırılan layihələrin monitorinqi aparılır
7.5. Mətbuatın və İctimai Palatanın təmsilçiliyi əsasında müstəqil antimonopoliya komissiyası yaradılır və şəffaf şəkildə fəaliyyət göstərir.
7.6. Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil edilməsi prosesi sürətləndirilir.
Ücüncü mərhələ: legitim hakimiyyət formalaşdırılır və demokratiyaya keçid dövrü başa çatır
8. Növbəti prezident seçkilərinə qədər Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
9. Bələdiyyələr və bələdiyyə başçılarının növbədənkənar seçkiləri keçirilir.
10. Növbəti prezident seçkiləri keçirilir.
11. Yeni Konstitusiya qəbul edilir. Yeni Konstitusiya layihəsinin hazırlanması və müzakirəsi çərçivəsində Prezident respublikasından parlament respublikasına keçid haqda geniş ictimai diskussiyalar aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi