Müxalifət ölkə paytaxtını silkələdi-Video

muxalifet-olke-paytaxtini-silkeledi-video
Oxunma sayı: 664

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən xəbərinə görə, yüşüşə başlayan etirazçılar Bolotnı meydanına girmək istəyərkən polis buna əngəl olub. OMON etirazçılara güc tətbiq edib. Hadisə zamanı xəsarət alanlar olub.

“İnterfaks” xəbər verir ki, bu gün səhər 47 nəfər müxalifət nümayəndəsi müxtəlif bədən xəsarəti ilə xəstəxanalara müraciət edib. 29 nəfər polis əməkdaşının xəsarət aldığı bildirilir.

Aksiyada müxalifət liderləri Boris Nemtsov, Sergey Udaltsov və Aleksey Navalnı saxlanılıb.

Müxalifət etiraz aksiyasına 100 min nəfərin qatıldığını bildirir. Hökumət isə meydana 8 min müxalifətçinin yığışdığını deyib.