Müxalifət zirvəyə hazırlaşır

<b>Müxalifət zirvəyə hazırlaşır</b>
Oxunma sayı: 339

“Qafqazinfo”nun məlumatına görə, Müsavat Partiyasının qərargahında baş tutan görüşün keçirilməsində məqsəd müxalifətin birləşməsi məsələsini müzakirə etmək olub. Görüşdə iştirak edən Vətəndaş Hərəkatı Forumunun sədri Qurban Məmmədov bildirib ki, saat 18.00-dan 19.00-a qədər davam edən görüşdə müxalifətin bir araya gəlməsi ilə bağlı müzakirələr olub: “İsa bəy də, Əli bəy kimi birlik məsələsinə müsbət yanaşdı. İctimai Palatanın nizamnaməsinə zidd ola biləcək məsələlərlə bağlı isə dedi ki, kiçik ziddiyyətlər aradan qalxarsa, onların bəzisi İctimai Palatada müzakirəyə də çıxarıla bilər”.

Daha sonra Q. Məmmədov qeyd edib ki, Mirmahmud Mirəlioğlu bundan sonra digər 6 partiya sədri ilə görüşüb Əli Kərimli və İsa Qəmbərlə keçirdiyi görüşləri müzakirə edəcək.

Fatimə Kərimli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi