Müxalifətçilərin son sözü başladı - Yenilənir

muxalifetcilerin-son-sozu-basladi-yenilenir
Oxunma sayı: 663

“Qafqazinfo”nun məlumatına görə, təqsirləndirilən şəxslər bugünkü iclasda son söz deyirlər. Bu anlarda Müsavatın icra aparatının rəhbəri Arif Hacılı məhkəmədə sön sözünü söyləyir.
İctimai Palatanın Koordinasiya Şurasının dünənki çağırışından sonra müxalifət fəalları bugünkü prosesdə məhkəmənin önünə toplaşmağa başlayıblar. Polis təhlükəsizlik tədbirləri üçün məhkəmənin önünə əlavə qüvvələr cəlb edib.
Xatırladaq ki, sentyabrın 28-də keçirilən iclasda dövlət ittihamçısı müsavatçılar Arif Hacılının, Tural Abbaslının, AXCP funksioneri Məhəmməd Məcidlinin 3 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının isə 2 il yarım müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

***

İctimai Palatanın 2 aprel aksiyasında həbs edilən və barələrində cinayət işi açılan müxalifət fəallarına bu gün Səbayel rayon məhkəməsində hökm oxunmalıdır.

Bu tarixi prosesin final mərhələsinə şahidlik etmək üçün yüzlərlə müxalifət fəalı bu saatlarda məhkəmə binasının qarşısına toplaşıb.
Bu barədə musavat.com-a məlumat verən Elşən Balaxanılının sözlərinə görə, məhkəmə binasının önündə çoxsaylı polis qüvvələri də var və onların sayı artmaqdadır.

Əməkdaşımızın qənaətinə görə, məhkəmə binasının önündə qarşıdurma ola bilər.