Müxalifətə mitinq keçirmək üçün yer verildi

muxalifete-mitinq-kecirmek-ucun-yer-verildi
Oxunma sayı: 689

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, Moskva meriyası müxalifətə martın 10-da mitinq keçirmək üçün Moskvanın Yeni Arbat meydanını təklif edib.

Moskva merinin müavini Aleksadr Qorbenko bildirib ki, etiraz aksiyasının keçirilməsi üçün müxalifətə saat 13.00-dan 16.00-dək vaxt ayrılıb.

Qorbenko qeyd edib ki, təşkilatçılara sabitliyin qorunması tələbi ilə xəbərdarlıq edilib. “Biz təşkilatçılara izah etdik ki, Puşkin meydanında martın 5-də baş verən hadisələri təkrarlanmasını istəmirik”, - deyə Qorbenko bildirib.