“BMW” ilə piyadanı vurub öldürdü

bmw-ile-piyadani-vurub-oldurdu
Oxunma sayı: 1048

Xızı rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Qafqazinfo" DİN-ə istinadən xəbər verir ki, fevralın 6-da saat 16 radələrində rayonun Yaşma kəndi ərazisində T.Cümşüdov idarə etdiyi “BMW” markalı avtomobillə yolun kənarı ilə gedən Yardımlı rayon sakini C.Nəcəfovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.