BMW və “Porsche”ni atasının adına olan küçədə yandırıbmış

bmw-ve-porscheni-atasinin-adina-olan-kucede-yandiribmis
Oxunma sayı: 5397

Xəbər verdiyimiz kimi, dünən Göygöl sakini Fərid Hacıyev rayon ərazisində iki lüks avtomobili yandırıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Göygöldə avtomobilləri yandıran şəxs 1-ci Qarabağ Müharibəsinin şəhidi Aydın Hacıyevin oğludur. Maraqlıdır ki, o, hadisəni də elə atasının adına olan küçədə törədib.

F.Hacıyevin əvvəllər də narkotik və digər cinayətlərə görə həbs olunduğu bildirilir.

Xatırladaq ki, ötən gün F.Hacıyev tərəfindən Göygöldə küçədə BMW və "Porsche" markalı minik avtomobilləri yandırılıb. O, şübhəli şəxs qismində saxlanılıb.

Həmçinin oxuyun: Арестован мужчина, сжегший роскошные автомобили - Видео