“BMW”ni aşırdı, sərnişini öldü

“BMW”ni aşırdı, sərnişini öldü
Oxunma sayı: 1086

Goranboy rayonunun Balakürd kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, qəza sentyabrın 18-də saat 18 radələrində qeydə alınıb. 

Tərtər rayon sakini T.Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - Abşeron rayon sakini Günel Manafova hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi