BNA 4 Vətən müharibəsi iştirakçısını işlə təmin etdi

BNA 4 Vətən müharibəsi iştirakçısını işlə təmin etdi
Oxunma sayı: 506

Dövlət başçısının Vətən müharibəsi iştirakçılarının işlə təmin olunması ilə bağlı tapşırığına əsasən 4 nəfər Bakı Nəqliyyat Agentliyinin mərkəzi aparatında və tabeli qurumlarında işlə təmin edilib.

BNA-dan “Qafqazinfo”ya verilən məlumata görə, Şuşa və Laçın istiqamətində gedən döyüşlərdə iştirak edən Məmmədov Nurlan İkram oğlu Agentliyin Sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi şöbəsində mütəxəssis vəzifəsinə qəbul olunub. 

Cəbrayıl, Zəngilan, Laçın, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edərək 3 medalla təltif edilən Səmədov Nurlan Famil oğlu isə İnzibati işlər şöbəsində işlə təmin edilib. 

İşlə təmin edilən digər bir nəfər isə Fərzalıyev Qismət Şadət oğludur. Vətən müharibəsində Daşkəsən-Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edən və “Hərbi xidmətlərə görə" medalı ilə təltif edilən Qismət Fərzalıyev Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC - Mərkəzləşdirilmiş Vahid Dispetçer şöbəsində çalışacaq. 

Ali Baş Komandanın sərəncamı ilə “Zəngilanın işğaldan azad olunmasına görə”, Qubadlının işğaldan azad olunmasına görə” və “Cəbrayılın işğaldan azad olunmasına görə” medallarına layiq görülən İbrahimov İbrahim Tərlan oğlu da eyni şöbədə fəaliyyət göstərəcək. 

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı Bakı Nəqliyyat Agentliyinin 19 əməkdaşı Şanlı ordumuzun sıralarında şücaət göstərərək torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak edib.