1, 2, 18, 61, 147 və 217 nömrəli müntəzəm marşrut xətləri müsabiqəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinə daxil olan vətəndaş müraciətləri əsasında sadalanan müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.
Qeyd edək ki, 1 və 2 nömrəli marşrut xətlərinin daşıyıcısı “Bakubus” MMC, 18 və 61 nömrəli marşrut xətlərinin daşıyıcısı isə Xaliq Faiqoğlu şirkətidir.
Son xəbərlər
Son Xəbərlər