BNA da hava ilə bağlı əhaliyə çağırış etdi

BNA da hava ilə bağlı əhaliyə çağırış etdi
Oxunma sayı: 4624

Bakı Nəqliyyat Agentliyi əlverişsiz hava şəraiti ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

“Qafqazinfo”nun məlumatına görə, müraciətdə mayın 5-i tarixində müşahidə ediləcək güclü küləkli hava şəraiti ilə əlaqədar hərəkət iştirakçıları diqqətli və ehtiyatlı olmağa çağırılıb.

“Sərnişinlərdən xahiş edirik ki, dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olsunlar. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamalı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib-düşməli, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir.

Sürücülərə isə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət edəsiz”, - deyə BNA-dan bildirilib.