BNA-dan 3 avtobusun toqquşduğu qəza ilə bağlı - Açıqlama

bna-dan-3-avtobusun-toqqusdugu-qeza-ile-bagli
Oxunma sayı: 2186

Bakı Nəqliyyat Agentliyi bu gün səhər saat 06:00 radələrində Bakının Suraxanı rayonu ərazisində üç sərnişin avtobusunun toqquşduğu qəza ilə bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, qurum hadisənin nəzarətə götürüldüyünü, müvafiq araşdırma aparıldığını bildirib:

“Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən “BUS TRANS” MMC, “Transkontrol” MMC və “Azlənd Plaza” MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb”.

O da qeyd olunub ki, hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeydə alındığından avtobuslarda sərnişin olmayıb: ““Azlənd Plaza” MMC müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb”.

Həmçinin oxuyun: Bakıda 3 avtobus toqquşdu, yaralı var - Video