“BNA-dan əvvəl sürücü obrazı tam formalaşmamışdı”

bna-dan-evvel-surucu-obrazi-tam-formalasmamisdi
Oxunma sayı: 784

“Bakı Nəqliyyat Agentliyindən əvvəl sürücü obrazı tam formalaşmamışdı. Sürücülərdə vahid geyim forması yox idi, avtobuslar çox qeyri-peşəkar idarə olunurdu, əmək münasibətləri qorunmurdu”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, 5 il ərzində 4236 sürücüyə təlim keçilib, 1668 təlim keçmiş namizəd sürücüdən 1500 nəfəri işlə təmin olunub.

“2020-ci ildə 478 avtobusda nağdsız ödəniş tətbiq olunur. Bu, ümumilikdə 1107 avtobusda tətbiq edilir.

Gündəlik 600 min nəfərə yaxın sərnişin nağdsız ödəmə sistemindən istifadə edir. Lakin bəzi avtobuslar var ki, onların vəziyyəti qənaətbəxş deyil. Doğrudur, biz onları təmir edirik, amma onların bizim yeni qurğuları idarə etməyə gücü çatmır”.

V.Kərimli həmçinin əlavə edib ki, paytaxtda 47 faiz nağd, 53 faiz nağdsız ödəmədir.

Gülnar Əliyeva