BNA “Koroğlu” NMM-i dezinfeksiya etdi - Fotolar

bna-koroglu-nmm-i-dezinfeksiya-etdi
Oxunma sayı: 2128

Havaların soyuması ilə əlaqədar bir çox kəskin respirator infeksiyon xəstəliklərin yayılması ehtimalının artmasını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi qabaqlayıcı tədbirlərə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb. Perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullardan istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb. 

Qeyd edək ki, mövsümlə əlaqədar olaraq əhalinin sıx toplaşdığı qapalı ərazilərdə dezinfeksiya tədbilərinin aparılması xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq analoji işlərin hər həftə aparılması planlaşdırılır.