BNA son iki ayda hansı işlər görüb? - Video

bna-son-iki-ayda-hansi-isler-gorub
Oxunma sayı: 1976

2022-ci ilin ilk iki ay Bakı şəhərində müntəzəm sərnişindaşımalar üzrə göstərilən xidmətinin artırılması baxımından əhəmiyyətli olub.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ötən dövrdə özəl daşıyıcı şirkətlər tərəfindən paytaxta ümumilikdə 62 ədəd yeni müasir sərnişindaşıma tələblərinə cavab verən avtobuslar gətirilib. Bunun sayəsində 4 müntəzəm marşrut xətti üzrə (49,119,135 və 199) sərnişindaşımaları yaxşılaşdırılıb.

Sərnişin tələbatı nəzərə alınmaqla 10 marşrut xətti üzrə hərəkət sxemi optimallaşdırılıb.

Yeni avtobusların alınması ilə yanaşı 200 ədəd nəqliyyat vasitəsinə xidmət göstərmək imkanına malik istehsalat bazası istifadəyə verilib.

Son iki ayda 94 nəfər sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü Təlim Mərkəzində təlimlərə cəlb edilib. Təlimi uğurla başa vuran sürücülərin hamısı “BakuBus” MMC-də işlə təmin edilib.

Yanvar-fevral aylarında müntəzəm marşrut xətləri üzrə ümumilikdə 80,7 milyon sərnişin səfər sayı qeydə alınıb. 

Yol hərəkətinin təşkili və nəqliyyat infrastrukturu ilə bağlı görülən işlərə gəlincə cari ilin ötən iki ayında 2 küçə və prospektdə yol şəraiti yaxşılaşdırılıb və təhlükəsizlik səviyyəsi artırılıb.