BNA yeni marşrut xətti üçün müsabiqəyə başladı

bna-yeni-marsrut-xetti-ucun-musabiqeye-basladi
Oxunma sayı: 765

Bakı Nəqliyyat Agentliyi ilk dəfə “28 May” metrostansiyasından “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ( Bakı-Salyan yol qovşağı) istiqamətində istifadəyə veriləcək yeni marşrut xəttinin təşkil olunmasını daşıyıcı şirkətlər üçün müsabiqəyə çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Agentliyin sədr müavini Mübariz Abbasov media-brifinqdə məlumat verib. Bildirib ki, müsabiqə 30 gün müddətində davam edəcək. Həmin müddətdən sonra komissiya qərarını açıqlayacaq. Bütün daşıyıcılar tenderdə iştirak edə bilər. Sahibkarlar qarşısında qoyulan başlıca tələblər istehsalat bazasının son standartlara cavab verməsi və sürücü bazasının olmasıdır.

Yeni marşrut xətti aşağıda qeyd olunan səbəblər əsasında təşkil ediləcək:

- “28 May” metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində sərnişinlərin
gedib-gəlmə vaxtının və ödəniş məbləğlərinin azaldılması;

- “28 May” metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində yeganə marşrut olaraq nağdsız ödəniş sisteminin tətbiq edilməsi və s.

Qeyd edək ki, bundan sonra yaradılacaq yeni marşrut xətlərinin istifadəsi müsabiqə yolu ilə sahibkarlara veriləcək.

Günel Hacı