“Nahid Emiloğlu 11 min manatımı götürüb qaçıb” – İfşa

nahid-emiloglu-11-min-manatimi-goturub-qacib-ifsa-
Oxunma sayı: 787

Bununla bağlı “Qafqazinfo”ya müraciət edən S. İsgəndərova başına gələnləri belə nağıl edib: “Nahid məni “Sən bir nəğməsən” verilişinə dəvət etdi. Bir qədər onunla çalışdım. Dörd-beş verilişdən sonra pula ehtiyac yarandı. Məndən xahiş elədi ki, ona pul tapım. Mən isə özümün pulum olmadığını, lakin qohumdan-tanışdan ala biləcəyimi dedim. 11 min manat toplayıb Nahidə verdim. Pulu verəndə 3 günə qaytaracağını dedi. Mən də dedim ki, kişidir, sözünün ağası olar. BU hadisə keçən ilin fevralında baş verib. O gündən bura xahiş etmişəm, yalvarmışam ki, o mənim pulum deyil, məni də incidirlər. Mənə qəribə gələn odur ki, qaytara bilməyəcəkdinsə niyə alırdın?”

S. İsgəndərova deyir ki, prodüserə dəfələrlə müraciət etsə də onu tapa bilmir, qarşı tərəf hazırda Türkiyədir: “Ona sonuncu dəfə telefonda dedim ki, əgər pulu qaytarmasan polisə müraciət edəcəyəm. Ondan sonra yəni iyulun 21-də mənə 3000 dollar göndərdi. Qalanını isə indiyə kimi ödənməyib. Bu adamın qanacaqsızlığı ondadır ki, mənə cavab vermir. Sadəcə axırıncı dəfə bir mesaj yazdı ki, “Sən buna görə utanacaqsan”. Utanmağa qalsa birinci sən utanmalısan. Mənə maraqlı gələn odur ki, əgər bunun pulu yoxdursa Türkiyədə Ebru Burcuya ad gününü necə təşkil edir? Ona qalsa mən Ebrudan da qeyrətli qadınam. Mən televiziyalara çıxmaq istəmədim. Mən ona sonuncu xəbərdarlığımı edirəm, pulumu tezliklə qaytarmasa, məhkəməyə müraciət edəcəyəm” .

Yazıda ittiham edilən tərəfin mövqeyini dərc etməyə hazırıq.