Nazarbayevdən humanist addım

nazarbayevden-humanist-addim
Oxunma sayı: 687

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, ölkənin müstəqilliyinin 20 illiyi şərəfinə Qazaxıstan parlamenti və Senatı tərəfindən qəbul edilən əfvlə bağlı qanun Nazarbayev tərəfindən də təsdiqlənib. Ölkənin Ədalət naziri Raşid Tusupbekov əfv qanunu ilə bağlı 2 min 142-si hələ də həbsdə olan ümumilikdə 16 min 187 məhbusa aid ediləcək.

Tusupbekov kiçik və orta dərəcəli cinayətlərə görə məhkum olanlarla yanaşı, yaşı 18-dən kiçik olanlar, hamilə qadınlar, azyaşlı uşaqları olan qadınlar, yaşlılar və əlillərin bu qanundan daha çox yararlanacaqlarını bildirib.

Qeyd edək ki, bu əfv fərmanı Qazaxıstanın müstəqillik qazanmasından sonra qəbul edilən yeddinci əfv qanunudur.

Səidə