Nazir cüdo birinciliyində

nazir-cudo-birinciliyinde
Oxunma sayı: 647

Azərbaycan Cudo Federasiyasının mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycan Cudo Federasiyasının prezidenti Fizuli Ələkbərov yarış iştirakçıları ilə görüşündə möhtərəm dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin Azərbaycan idmanına göstərdiyi böyük diqqət və qayğı nəticəsində ölkəmizdə idman sahəsində qazanılan nailiyyətlərdən söz açıb. Nazir 2012-ci ilin respublikamızda “İdman ili” elan olunması ilə bağlı ölkə rəhbərinin imzaladığı Sərəncamın ölkədə idmanın inkişafı üçün daha bir mühüm stimul olduğunu vurğulayıb.

Füzuli rayonunda yeniyetmələr arasında cudo üzrə rayon birinciliyinin keçirilməsi də cudo idman növünün respublikanın digər rayon və şəhərlərində daha geniş vüsət alması məqsədinə xidmət edir.

Qeyd edək ki, hazırda ölkənin 19 şəhər və rayonu üzrə cudo idman növünə 25 nəfər məşqçi və 802 nəfər yeniyetmə cəlb olunub.