Nazir əlilləri sevindirdi - Fotolar

<b>Nazir əlilləri sevindirdi -<font color=red> Fotolar</b></font>
Oxunma sayı: 508

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov 11 nəfər Çernobıl əlilinə “Liffan” markalı minik avtomobillərinin açar və sənədlərini təqdim edərək, onların daim dövlət tərəfindən qayğı ilə əhatə olunduğunu, bu sahədə tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Qeyd olunub ki, 1986-cı ilin 26 aprelində Ukraynada Çernobıl AES-da baş vermiş qəzanın ləğvində 8 000 nəfərə yaxın Azərbaycan vətəndaşı iştirak edib ki, həmin vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə Heydər Əliyev tərəfindən başlanıb. Bu təbəqədən olan vətəndaşlara göstərilən diqqət və qayğı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.

1993-cü ildə Heydər Əliyevin təşəbbüsü sayəsində Milli Məclis tərəfindən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib və Çernobıl əlillərinin hərtərəfli dövlət qayğısı ilə təmin olunması işlərinə başlanılıb.

2000-ci ildən 2012-ci ilədək nazirliyin sifarişi ilə respublikanın müxtəlif bölgələrində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarındakı mənzillərin bölgüsü zamanı mənzil növbəsində olan Çerenobıl əlilləri də nəzərə alınıb və bu təbəqədən olan 134 nəfər əlil mənzillə təmin olunub. Eyni zamanda, 1998-ci ildən 2012-ci ilədək ölkəmizə əlillər üçün alınıb gətirilmiş avtomobillərdən 44 ədədi növbəyə dayanmış Çernobıl əlillərinə təqdim olunub.

“Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinət müəyyən edilib. 2012-ci ildə Nazirliyin vəsaiti hesabına 500 nəfər Çernobıl əlilinə birdəfəlik maddi yardım göstərilib. Həmçinin cari ildə 1441 nəfər Çernobıl əlilinin 2469 nəfər övladının hər birinə aylıq müavinət, 2770 nəfər Çernobıl əlilinə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdü ödənilib.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı, Çernobıl əlilləri də sanator-kurort putyovkaları (yollayışları) ilə təmin olunur və 2011-ci ildə sanator-kurort putyovkaları ilə təmin edilən Çernobıl əlilllərinin sayı 35 nəfər olub. Əlillərin istirahətinin təşkili zamanı imtiyazlı əlillərə, o cümlədən Çernobıl əlillərinə üstünlük verilərək 2011-ci ilin yay mövsümündə 50 nəfərin Nabran istirahət zonasına göndərilməsi təmin olunub. 2012-ci ildə isə Nabran, Lənkəran və İsmayıllı istirahət mərkəzlərinə 80 nəfər Çernobıl əlilinin göndərilməsi nəzərdə tutulub.

Çernobıl əlillərinin tibbi reabilitasiyası sahəsində də məqsədyönlü işlər görülür. Bu məqsədlə Mingəçevir şəhərində radioloji tipli Reabilitasiya və Bərpa Mərkəzinin tikintisi nəzərdə tutulub və bu istiqamətdə işlər aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi