Nazir saziş imzaladı - Foto

nazir-sazis-imzaladi-foto
Oxunma sayı: 690

İKT İnformasiya Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, bu saziş bütün ölkə ərazisində proqram piratlığının azaldılmasına dair yeni öhdəliyə işarə edir və sazişin əhatə etdiyi bütün hökumət idarələrində qanuni lisenziyalaşdırılmış proqram təminatından istifadə olunmasını təmin etməyə köməklik edəcək. Bu sazişin bir hissəsi kimi Azərbaycan hökuməti saxta proqram təminatı ilə bağlı riskləri azaltmaq və beləliklə də vətəndaşlara, biznes subyektlərinə və hökumət işçilərinə göstərilən xidmətləri yaxşılaşdırmaq məqsədilə qanuniləşdirilmiş e-hökumət xidmətlərinin yaradılması öhdəliyini götürüb. Sazişin məqsədi 12 may 2011-ci il tarixində dərc edilmiş Business Software Alliance təşkilatının 2010-cu il üçün piratlıq üzrə tədqiqat adlı nəşrinə əsasən hal-hazırda 88 faiz kimi qiymətləndirilən Azərbaycandakı yüksək piratlıq səviyyəsinin aradan qaldırılmasına yönəldilib.

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, imzalanan bu saziş Azərbaycan üçün növbəti bir neçə ildə prioritet sahə hesab edilən İKT-nin inkişafı istiqamətində atılmış böyük bir addımdır: “Bu Azərbaycanın regionda mühüm rol oynadığını və onun müasir texnologiyaları daha da inkişaf etdirmək, kadr potensialını gücləndirmək və nəhayət elmə və biliyə əsaslanan iqtisadiyyat qurmaq niyyətini təsdiqləyir.”

“Microsoft Azərbaycan” şirkətinin Ölkə üzrə Meneceri Teymur Axundov isə qeyd edib ki, saziş dayanıqlı proqram təminatı bazarının yaradılması və ölkəyə əlavə investisiyalar cəlb edərək mühüm iş yerlərinin formalaşdırılması və ölkənin texnologiya sahəsindəki regional lider kimi qəbul edilməsinin möhkəmləndirilməsi nöqteyi-nəzərindən fundamental əhəmiyyət daşıyır.

Nigar Məmmədli