Nə qədər gəncə iş verilib?

ne-qeder-gence-is-verilib-
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədovun sədrliyi ilə keçən konfransda hökumət və qeyri-hökumət təşkilatlarının, Beynəlxalq Əmək Təşkilatının, İsveç Dövlət Məşğulluq Xidmətinin nümayəndələri iştirak edib.

Konfransı giriş sözü ilə açan nazir müavini Natiq Məmmədov prezident İlham Əliyevin 30 avqust 2005-ci il tarixli 982 nömrəli Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)» müvəffəqiyyətlə icra olunduğunu qeyd edib.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2011-ci ildə 1621 nömrəli Sərəncamı ilə «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqramı təsdiq edilib.

Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2011-ci ildə 11947 nəfər gənc münasib işlə təmin olunub, işəgötürənlərin real tələbləri əsasında həmin dövr ərzində 2984 nəfər gənc müasir, eləcə də milli peşələr üzrə hazırlıq kurslarına, 500 nəfər gənc haqqı ödənilən ictimai işlərə cəlb edilib, 958 nəfər gəncə isə işsizliyə görə müavinət təyin edilərək ödənilib.

Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən «Əmək Birjaları»na ötən il müraciət edənlərdən 1840 nəfər gənc müvəqqəti xarakterli işlərə göndərilib. İşaxtaranların müvəqqəti işlə təmin olunmalarında «Əmək Birjaları»nın rolunun əhəmiyyəti nəzərə alınaraq, «Səyyar Əmək Birjası» formasında fəaliyyəti təmin etmək üçün 2 avtobus alınaraq müvafiq texnoloji avadanlıqlarla təchiz olunub. Təkcə 2011-ci ildə respublikanın şəhər və rayonlarında keçirilmiş «Əmək Yarmarkaları»nda 2297 nəfər gənc işlə təmin edilib.

Tədbirdə gənclərin məşğulluğu sahəsində müasir yanaşmanın formalaşdırılması və onların sosial-iqtisadi inkişafda iştirakı, gənclərin peşə hazırlığı, yenidən hazırlıq və rəqabətə davamlılığının artırılması, qabaqcıl təcrübələrdən istifadə imkanlarının öyrənilməsi və tətbiqi və s. məsələlər ətrafında müzakirələr aparılıb.