“Nəbi Xəzri Süleyman Rəhimovu təpikləyib…”

nebi-xezri-suleyman-rehimovu-tepikleyib
Oxunma sayı: 909

“Qafqazinfo”nun məlumatına görə, birliyin açıqlamasında Anarın Ş.Arifin atası, mərhum yazıçı Süleyman Rəhimova nifrət bəsləməsi, şairlər Səməd Vurğunu, Süleyman Rüstəmi, yazıçı Süleyman Rəhimovu inkar etməsi, yalnız atası mərhum Rəsul Rzanı və anası mərhum Nigar xanımı ədəbiyyatda təsbit etməsi, Mehdi Hüseynin vəfatında S.Rəhimovu günahlandırması, bu ölümlə bağlı S.Rəhimovun və daha bir neçə nəfərin döyülməsi, ermənilərin önündə Anarın susması, onun Rusiyanın adamı olması ittihamları rədd edilir və bunlar Ş.Arifin əsassız düşüncələri adlandırılır.

AYB Anarın S.Rəhimova daim sayğılı olduğunu, birliyin binasında bir neçə yerdə S.Rəhimovun irihəcmli fotolarının olduğunu yazır. Eyni zamanda Anarın beynəlxalq mətbuata çıxdıqda Azərbaycanın görkəmli ədəbi simalarının adlarını və fəaliyyətlərini qeyd etdiyini nəzərə çatdırır.

Açıqlamada ölkə ictimaiyyəti üçün maraqlı bir fakta toxunulur. Bildirilir ki, yazıçı Mehdi Hüseynin qızı Zivər Hüseynova “Dəryadan damlalar” kitabında atasının ölümündə günahlandırılan üç şəxsdən biri kimi S. Rəhimovun adını çəkir və Nəbi Xəzrinin buna görə S. Rəhimovu təpiklədiyini, şapalaqladığını yazır və bu adamlar hüzr yerindən “26-lar bağı”na qaçmalı olurlar. Bu faktı S. Vurğunun qardaşı Mehdixan Vəkilov və digər şahidlər də təsdiqləyiblər. Hətta yazıçı İmran Qasımov balkona çıxaraq bu adamlara xitabən rus dilində “zaderjite ubiyts!” ifadəsini işlədib. Son olaraq açıqlamada Ş.Arifə mətbuatda bu səpkili yazılarla çıxış etməmək tövsiyə olunur, əks halda “layiqli cavabını alacağı” barədə xəbərdarlıq edilir.