Neft qoxusu

neft-qoxusu
Oxunma sayı: 678

Mən bu oyunun məğzini bilməsəm də, Talehin bir hoqqa çıxaracağına əmin idim. Lakin maraq güc gəldi. Düşündüm ki, ayıq olaram, oyunun əsas hissəsinə çatmamış rəqibin kartlarını açaram və onu tay-tuş arasında rüsvay edərəm.

Ax, bu şeytana uymaq!
İstehza ilə gülümsədim:
“Eliyəmməzsən!”
“Əlini mənə ver” – Taleh dingildədi və ovcumun içini baş barmağı ilə ovmağa başladı. O, bic-bic mənə baxır, gözləri şeytani bir şövqlə parıldayırdı. Xeyli ovdu, ovdu və dedi:
“İylə görək”

Ovcumu ehtiyatla burnuma yaxınlaşdırdım. Heç bir iy-qoxu yox idi. Yaltaq şairlərin böyük şövqlə “qara qızıl” adlandırdığı, xalqın isə laqeydliklə “nöyüt” dediyi bu tale yüklü sərvətin qoxusunu almaq naminə donqar burnumu ovcumun dərinliklərinə soxmağa çalışdım. Bu vaxt Taleh təpiklə dirsəyimə möhkəm bir zərbə vurdu. Ovcum altdan yuxarı necə zərblə qalxdısa burnum bir topa plastilin kimi gözlərimin altında yumrulandı. Qan məni götürdü...

***

Təhlükəlidir, bəli!
Qoxusu belə...