Neft şirkətinin əməkdaşı borca görə özünü öldürdü

neft-sirketinin-emekdasi-borca-gore-ozunu-oldurdu
Oxunma sayı: 783

Onun özünü öldürməsinə səbəb borc məsələsi olub. Belə ki, K.Muxtarovun qardaşı rayon ərazisində külli miqdarda borc alaraq Rusiyaya gedib. O, isə qardaşının borcunu qaytarmaq üçün borca girib. Bundan sonra borc sahibləri pul üstündə onu tez-tez narahat erdirmiş. Rayon əraziisndə sakit və abırlı adam sayılan K.Muxtarov borc sahiblərinin əıindən bezdiyini və ailə üzvlərimnə özünü öldürərək problemdən yaxa qurtaracağını deyirlmiş. Dünən isə atasının evində asılmış meyiti tapılıb.

İki uşaq atası olan K.Muxtarov Dövlət Neft Şirkətinin Qobustanda yerləşən Next Qaz Çıxarma İdarəsində fəhlə işləyirmiş. Məzuniyyətdə olan K.Muxtarov dünən istirahətini başa vurub bu gun işə çıxmalı idi. Hər iki valideyni ağır yataq xəstəsidir. Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başalnıb.