“Neftçi” və “Qarabağ” darmadağınla başladı

neftci-ve-qarabag-darmadaginla-basladi
Oxunma sayı: 674

“Qafqazinfo”nun verdiyi xəbərə görə, XX tura iki oyunla start verilib. Çempion “Neftçi” “Şəfa” stadionunda autsayder “Sumqayıt”ın qonağı olub. “Flaqman” Flavinyonun 1, Nasimovun 2 qolu sayəsində çətinlik çəkmədən qələbə qazanıb.
Digər qarşılaşmada turnir cədvəlində qonşu olan “Bakı” və “Qarabağ” üz-üzə gəlib. “Bakı”nın bazasında keçirilən bu oyun da qonaqların 3:0 hesablı qələbəsi ilə bitib. Bu qələbədən sonra “Qarabağ” rəqibini geridə qoyaraq 4-cü pilləyə yüksəlib.
Hazırda davam edən “Xəzər-Lənkəran” – AZAL görüşündə ilk hissədən sonra hesab açılmayıb.

"Sumqayıt" - "Neftçi" - 0:3
Qollar: Flavinyo, 45, Nasimov, 50; 84
Hakimlər: Anar Salmanov, Rza Məmmədov, Yaşar Abbasov, Fuad Həsənov
Bakı. "Şəfa" stadionu
İlk dövrədəki oyun – 0:4
"Sumqayıt" - Andrey Popoviç, Tərlan Quliyev, Timur İsrafilov, Ruslan Tağızadə, Bədavi Hüseynov, Samir Abbasov, Abdulla Abatsiyev, Uğur Pamuk, Eşqin Quiyev, Ramil Həşimzadə, Kamil Nurəhmədov
"Neftçi" - Rauf Mehdiyev, Ruslan Abışov, Rail Məlikov, Elvin Yunuszadə, Alessandro Viana da Silva, Denis Silva, Slavço Georgiyevski, Mirhüseyn Seyidov, Rəşad Abdullayev, Flavinyo, Bahadur Nasimov

"Bakı" - "Qarabağ" - 0:3
Qollar: Əfran İsmayılov, 27 (penaltidən); Rəşad Sadiqov, 48; Georgi Adamiya, 64
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Feyzulla Feyzullayev
Bakı. "Bakı" klubunun təlim-məşq bazasının stadionu, təbii örtüklü meydança
İlk dövrədəki oyun – 1:2
“Bakı” - Marko Şarliya, Duje Bakoviç, Denis İvanovs, Juninyo, Lukaş Horvat, Elvin Məmmədov, Cəmşid Məhərrəmov, Nenad Kovaceviç, Şəhriyar Əliyev, Uinston Parks, Koke
“Qarabağ” - Boyan Pavloviç, Maksim Medvedyev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Rəşad Sadiqov, Namiq Yusifov, Georgi Adamiya, Əfran İsmayılov, Bəxtiyar Soltanov, Rauf Əliyev

"Xəzər Lənkəran" – AZAL - 0:0
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Vaqif Musayev, Teymur Fərhadov
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 3:0
“Xəzər Lənkəran” - Kamran Ağayev, Elnur Allahverdiyev, Elvin Beçiri, Katalin Doman, Eder Bonfim, Branimir Subaşiç, Elnur Abdullayev, Andrey Mureşan, Rahid Əmirquliyev, Adrian Pit, Antoni Semedo,
AZAL - Cahangir Həsənzadə, Robert Petrov, Usim Nduka, Aqil Nəbiyev, Ervin Bulku, Elşən Məmmədov, Nuqzar Kvirtiya,Georgi Bogihu, Bronislav Arseniyeviç, Viktor İqbekoyi, Tales Şütz

Ceyhun Əhmədov