“Neftçi”nin məşqçisinə fəxri ad verildi

neftcinin-mesqcisine-fexri-ad-verildi
Oxunma sayı: 649

“Qafqazinfo”nun verdiyi xəbərə görə, 2005-ci ildən "Neftçi" PFK-da məşqçi kimi çalışan İsmayıl Hüseynova "Əməkdar məşqçi" adı verilib.
Bununla bağlı məşqçi klubun rəsmi saytına fikirlərini bildirib: "Məşqçilik karyerama Rusiyada "Dinamo" Murmansk komandasında başlamışam. 2005-ci ildən isə doğma "Neftçi"də uşaqlara futbolun sirlərini öyrətmək üçün səy göstərirəm. Bir çox komandalarda məşqçi kimi fəaliyyət göstərmişəm, "Neftçi"də uşaq futboluna göstərilən qayğını heç yerdə görməmişəm. "Neftçi"də klub prezidenti Sadıq Sadıqov uşaq futboluna böyük diqqət və qayğı göstərir. Məhz bu qayğının sayəsində hazırda "Neftçi"də bir çox perspektivli yeniyetmələr top qovur. "Neftçi"də yeni istedadlı futbolçuların yetişdirilməsi və üzə çıxması üçün bundan sonra da böyük səylə çalışacam. Həyatını idmana həsr edən insanları daim diqqətdə saxlayan ölkə prezidentinə, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinə və "Neftçi" PFK-nın rəhbərliyinə dərin təşəkkürümü bildirirəm".

Ceyhun Əhmədov