“Neftçi”nin yubileyi yenə ziyan gətirdi

neftcinin-yubileyi-yene-ziyan-getirdi
Oxunma sayı: 661

“Qafqazinfo”nun verdiyi xəbərə görə, iclasda Unibank Premyer liqasının XXVII turunda baş verən hadisələrlə bağlı qərarlar verilib.

“Qəbələ” – “Xəzər Lənkəran” matçında “Xəzər Lənkəran” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Rəvan” – “Simurq” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Neftçi” – “Bakı” matçının 70-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub. Qeyd edək ki, 75 illiyini qeyd edən “Neftçi” azarkeşləri hər oyunun 70-ci dəqiqələrində bu jesti edir.
AZAL – “Sumqayıt” matçının 55-ci dəqiqəsində AZAL klubunun futbolçusu Viktor İbekoyi hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyunun 74-cü dəqiqəsində “Sumqayıt” klubunun futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Matçın 79-cu dəqiqəsində AZAL klubunun Aqil Nəbiyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.

Unibank Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XXVII turunun “Rəvan” – “Turan” matçının 37-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Babək Nəbiyevlə Məhərrəm Müslümzadə aqressiv hərəkətə görə (bir-birinə zərbə) birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.