Nənə müğənni hamilədir?

nene-mugenni-hamiledir-
Oxunma sayı: 756

Son günlər müğənni Nazəninin hamilə olması barədə mətbuatda xəbərlər dolaşır. Gənc ifaçılarımızdan birinin toyunda görünən xanım müğənninin xarici görünüşü deyilənlərin əsaslı olduğunu təsdiqləsə də, Nazənin xəbərlərin doğru olmadığını deyib. Hətta bu söhbət müğənnini əməlli-başlı narahat edib. Bəzi saytlara verdiyi açıqlamasında Nazənin hamilə olması barədə yayılan xəbərlərin yalan olduğunu söyləyib: "İnternet saytlarında mənim hamilə olduğum barədə yalan məlumatlar yazılıb. Mən bunun kimlər tərəfindən yayıldığını bilirəm. Əvvəla, ana olmaq nə günah, nə də qəbahətdir. Ana olmaq şərəflidir. İstərdim ki, 3-cü dəfə də ana olum. Ancaq yayılan məlumatlar ağ yalandır. Əgər hamilə olsaydım, bunu gizlətməyə lüzum yox idi. Yəqin ana olmağı bacarmayanlar, ana olmaq şərəfini yaşaya bilməyən bəzi qara fikirli insanlar mənim barəmdə yalan yazmaqla nəsə əldə etməyə çalışırlar. Sadəcə, onlara “Ar olsun!” deyirəm”.

Qeyd edək ki, Nazənin xanım iki övlad anası, eyni zamanda nənədir.

Xatırladaq ki, bir necə ay öncə bəstəkar-müğənni Elza Seyidcahanın da hamilə olması barədə xəbərlər yayılmışdı. Lakin bu xəbər də təsdiqini tapmamışdı. Deyəsən, gündəmə gəlmək üçün bütün vasitələrə əl atan müğənnilərimiz indi də nənə vaxtlarında “hamilə olmaq”la toylarını artırmaq niyyətindədirlər.

Nigar Məmmədli