Növbəti mitinqin vaxtı məlum oldu

novbeti-mitinqin-vaxti-melum-oldu
Oxunma sayı: 645

“Qafqazinfo”nun Günaz TV-nin inetrnet saytına istinadən əldə etdiyi məlumata görə, aksiyanın keçirilməsinə səbəb avqustun 27-dəki mitinqlərin İran təhlükəsizlik qüvvələri tərəfindən zorakılıqla dağıdılmasıdır.
Etiraz aksiyasının keçirilməsilə bağlı Təbriz universittelərinin tələbələri, məzunları, Azərbaycanın Milli Qurtuluş Ordusu, Təbrizin Milli Hərəkat fəalları bəyanat yayıblar. Bəyanatda deyilir: “Urmiya gölü ilə bağlı avqustun 27-də keçirilən dinc etiraz yürüşlərinin təhlükəsizlik qüvvələri tərəfindən zorakılığa məruz qalması, bütün azərbaycanlıları qəzəbləndirib.
Rejimin bu antidemokratik davranışını heç bir şəkildə həzm etməyən soydaşlarımız müxtəlif vasitələrlə, etirazçılara qarşı tətbiq olunan şiddəti pisləyb və yeni etirazların həyata keçirilməsinə qərar veriblər.”
Həyata keçiriləcək yeni etiraz yürüşləri Azərbaycanın müxtəlif təşkilatları, qurum və mediası, tanınmış ictimai xadimləri və müxtəlif şəhərlərin Milli Hərəkat fəalları tərəfindən dəstək almaqdadır.
Bəyanatda yürüşlərin davamı vacib sayılıb, xalq sentyabrın 3-də keçiriləcək aksiyalara dəvət olunub.