Nurçulara aid məktəblər bağlanır

nurculara-aid-mektebler-baglanir
Oxunma sayı: 697

“Qafqazinfo”nun əldə etdiyi xəbərdə Beynəlxalq Helsinki Komitəsinin Türkmənistan şöbəsinin nəşri olan "Xronika Turkmenistana" xəbər portalının məlumatına görə, ölkə rəhbərliyinin "Pantürkist fikirləri aşıladığı" üçün nurçulara bağlı olan "Türkmən-Türk Liseyləri" ni bağlamağa başladığı bildirilir.

Türkmənistan rəhbərliyi yalnız Aşqabadda 57 saylı Mustafa Kamal Atatürk liseyini bağlamayıb. Lakin verilən məlumatdan aydın olur ki, bu liseydə yeni dərs ili üçün şagir qəbuluna icazə verilməyib. Bu məktəbdə oxuyan şagirdlərin təhsilini başa vurmaq üçün şərait yaradılıb.

Aşqabad və Türkmənistanın digər bölgələrində olan və nurçulara bağlı məktəblərin ya tamamilə bağlanıldığı, ya da dövlətin nəzarətinə keçirildiyi bildirilir.
Bir qədər əvvəl Rusiyanın cənubunda olan Ural bölgəsində Fəthullah Gülən ardıcıllarından olan insanların yaşadığı evlərə edilən basqında iki nəfər həbs olunmuşdu.

Çelyabinskdə iki, Kurqan şəhərində bir evə edilən basqında dini məzmunlu 525 kitabın ələ keçirldiyi qeyd olunur.