“Boavişta” Kamran Ağayevlə yollarını rəsmən ayırdı

boavista-kamran-agayevle-yollarini-resmen-ayirdi
Oxunma sayı: 730

Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin “Boavişta”dan kənarlaşdırılması təsdiqlənib.
 
"Qafqazinfo" xəbər verir ki,  pireneylilər qapıçı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyini açıqlayıb.
 
Bununla da martın 26-da keçirilən Azərbaycan – Almaniya oyunundan (1:4) sonra yığmamızın baş məşqçisi Robert Prosineçkinin dedikləri təsdiqlənib. Həmin vaxt xorvatiyalı mütəxəssis Kamranın klubsuz qaldığını açıqlasa da, qapıçı həmin vaxtdan ölkəmizdə qalsa da, “Boavişta” rəsmi məlumat yaymamışdı.