Obama İsraili İrana hücumdan çəkindirməyə çalışacaq

obama-israili-irana-hucumdan-cekindirmeye-calisacaq
Oxunma sayı: 641

“Qafqazinfo”nun “Hürriyet” qəzetinə isinadən xəbərinə görə, Obama İsrailin İrana vaxtından əvvəl hücum edəcəyinin zərər gətirəcəyini bildirib.

İranın nüvə proqramı ilə bağlı aylardırdavam edən gərginlikdən sonra ilk dəfə İrana qarşı hədələyici şəkildə danışan Obama “The Atlantic” jurnalına verdiyi müsahibəsində İranla problemin həllinə dair hərbi müdaxilənin vacibliyini önə sürüb.

Bazar ertəsi İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ evdə görüşü gözlənilən Obama İsrailin hökumət başçısını İrana təktərəfli hücumdan çəkindirmək üçün səy göstərəcək.

Obama gözlənilən hücumun İranın özünü qurban kimi göstərməsinə və daha çox dəstək almasına səbəb olacağını deyib.