Obama Xamneyiyə gizli məktub göndərdi

obama-xamneyiye-gizli-mektub-gonderdi-
Oxunma sayı: 646

”New York Times” qəzetinin yazdığına görə, məktub ABŞ və Avropa Birliyinin İran neftinin idxalına qadağa qoymaq niyyətinə cavab olaraq Tehranın Hörmüz boğazını bağlayacağını bəyan etməsindən sonra göndərilib (lent.az).
Barak Obama məktubunda yazıb ki, Hörmüz boğazı ABŞ üçün qırmızı cizgidir və İran donanması belə bir addım atmaqdan çəkinməlidir.
”New York Times” İranın ali dini liderinin ABŞ prezidentinə cavab verib-vermədiyi barədə məlumat əldə edə bilmədiyini yazıb.
Bu arada Əli Xamneyi iki gün əvvəl İranın nüvə proqramında çalışan atomçu-fizik Mustafa Əhmədi Ruşenin Tehranda öldürülməsinə görə İsrailin MOSSAD və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin məsuliyyət daşıdığını bəyan edib.