Obamadan Ermənistana zərbə

obamadan-ermenistana-zerbe
Oxunma sayı: 668

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bu barədə Amerikanın Erməni Milli Komissiyası məlumat verib. Eyni zamanda Obama administrasiyası Türkiyədə Beynəlxalq Hərbi Təhsil proqramının həyata keçirilməsi üçün bu ölkəyə əlavə olaraq 3.600.000 dollar ayırmağı təklif edib. Bu isə Türkiyənin güclənən qlobal partnyor kimi getdikcə daha əhəmiyyətli rol oynaması ilə əlaqələndirilib.

İlk olaraq, Obama ABŞ-ın Ermənistana yardımlarını 32% azaltmağı təklif edib. ABŞ konqresinin Ermənistana yardım kimi ayırdığı 40 milyon dollarla müqayisədə, Obama bu ölkəyə ancaq 27.219.000 dollar ayırmağı təklif edib.

Ermənistanın narkoticarətlə mübarizə və hüquq mühafizə sisteminin inkişafı üçün ayrılan 2.824.00 dollar və sağlamlığın qorunması ilə bağlı qlobal proqramların reallaşması üçün əvvəldən təsdiq olunmuş 2.500.000 dolları da nəzərə alsaq, o zaman Barak Obama tərəfindən təklif edilən yardım paketinin həcmi 27.219.000 dollar olacaq. Bu məbləğ isə ABŞ Konqresi tərəfindən ayrılan məbləğdən 19% azdır.

“Biz təəssüflə, lakin təəccüblənmədən növbəti dəfə bəyan edirik ki, Türkiyə və Azərbaycan tərəfindən Ermənistana qarşı həyata keçirilən ağır iqtisadi blokadalara və Ermənistanın ABŞ-ı Əfqanıstan, İraq və Kosovoda apardığı hərbi əməliyyatlarda hərtərəfli dəstəkləməsinə baxmayaraq, prezident Obama Ermənistana iqtisadi yardımı kəsmək istəyir” – deyə Amerikanın Erməni Milli Komissiyasının icraçı direktoru Aram Amparyan bildirib.
Səidə