Öcalan Türkiyə bayrağını öpüb

ocalan-turkiye-bayragini-opub
Oxunma sayı: 647

“Qafqazinfo”nun “Milliyet”ə istinadən xəbərinə görə, gizli şahid qismində ifadə verən Bahar PKK lideri həbs olunanda Türkiyə bayrağını öpüb.

Bahar ifadəsində qeyd edib ki, Öcalan ələ keçiriləndə “Mən türkəm, türkləri sevirəm. Anam da türkdür. Əgər millətə xidmət imkanın olarsa, edərəm”, deyib.

Bahar bildirib ki, “dərin dövlət” adamına sahib çıxıb və onu kürdlərin gözündə sıfıra endrəcək görüntüləri əlində “kozır” olaraq saxlayıb.

“Öcalan İmralıda görüşdüyü dərin dövlətin nümayəndələrinə terror təşkilatını hərəkətə gətirmək barədə söz verib”, - deyə şahid ifadəsində bildirilib.