“Boeing” Azərbaycandan başladı - Fotolar

“Boeing” Azərbaycandan başladı -<font color=red> Fotolar </font>
Oxunma sayı: 398

“Qafqazinfo”nun məlumatına görə, təyyarənin Mərkəzi Asiya ölkələri arasında ilk dəfə Azərbaycanda nümayişi keçirilib.

Nümayiş zamanı bildirilib ki, Azərbaycan Mərkəzi Asiyada bu hava gəmisinin nümayiş etdirildiyi ilk respublikadır. “Boeing 787 Dreamliner” təyyarəsi dünya turu çərçivəsində Cənubi Amerika, Mərkəzi Asiya, Rusiya və Avropanın 5 şəhərinə uçuşlar həyata keçirəcək.

Azərbaycan Mərkəzi Asiyada 2007-ci ildə bu təyyarələri sifariş verən ilk ölkədir. Həmin sifarişə əsasən Azərbaycan 2014-cü ildə birinin dəyəri 90 milyon dollar olmaqla 2 “Boeing 787 Dreamliner” alacaq.
2014-cu ildə alınacaq “Boeing 787 Dreamliner”lərin hər biri 212 sərnişin daşıyacaq. Bu təyyarələrin özəlliyinə gəlincə onların çəkisi digərləri ile müqayisədə 20 kq azdir ki, bu da yanacaq sərfiyyatının az olması deməkdir.

Nigar Məmmədli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi