“Boeing” separatçıların nəzarəti altında olan ərazidən vurulub” - Barak Obama

boeing-separatcilarin-nezareti-altinda-olan-eraziden-vurulub
Oxunma sayı: 1044


“Təyyarənin separatçıların nəzarəti altında olan ərazidən zenit raketi ilə vurulduğunun təsdiqi var”, deyə Obama qeyd edib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi xəbərə görə, Obama, həmçinin, “Boeing-777” sərnişin təyyarəsinin vurulmasını araşdırmaq üçün Moskvanı, Rusiya yönümlü separatçıları və Kiyevi atəşkəsə çağırıb.

Onun sözlərinə görə, istintaqa mane olmaq yolverilməzdir, araşdırma iştirakçılarının hadisə yerinə gəlişinə bütün imkanlar yaradılmalıdır.