Donetsk vilayətində Malayziyaya məxsus Boeing təyyarəsi qəzaya uğrayıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, təyyarə antiterror əməliyyatı zonasında vurulub.
İlkin məlumata görə, təyyarənin göyərtəsində 295 nəfər olub. Təyyarə Donetsk vilayətinin Qrabovo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb.
Təyyarənin Amsterdam – Kuala-Lumpur marşrutu ilə uçduğu bildirilir.
***
Boeing-777 təyyarəsinin qəzaya uğradığı yerdə 100 cəsəd tapılıb.
Reuters agentliyi xəbər verir ki, şahidlərin sözlərinə görə, cəsədlərin hissələri bir neçə kilometrə səpələnib.
***
Ukraynanın Daxili İşlər Nazirliyi Malayziyaya məxsus Boeing-777 təyyarəsinin qəzaya uğraması nəticəsində 295 nəfərin öldüyünü təsdiq edib.
Bunu Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko bəyan edib.
280 sərnişin və 15 ekipaj üzvü ölüb”, - Qeraşşenko özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, təyyarəni separatçıların “Buk” zenit-raket kompleksi vurub.
Təyyarə antiterror əməliyyatı zonasında qəzaya uğrayıb. Ukrayna prezidenti Petro Poroşenko və qondarma Donetsk xalq respubliikasının rəsmiləri təyyarəni vurmadıqlarını bildiriblər.