“Boğazdan yox, qarından oxumaq lazımdır”

bogazdan-yox-qarindan-oxumaq-lazimdir
Oxunma sayı: 1426

Müğənni Xatirə İslam müzakirələrə səbəb olacaq açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, sənətçi “ATV maqazin onlarla” proqramına açıqlamasında həmkarlarının ifa tərzini tənqid edib:

“Azərbaycandakı ifaçıların çoxu düzgün oxumur. Özümdə də bu çətinliyi görmüşəm. Boğazdan yox, qarından oxumaq lazımdır. Səs qocalır! 6 saat toyda oxumaq olar? İnsan bunu etməməlidir”.

Bundan əlavə, X. İslam şou-biznesdə Xalq artisti Röya Ayxanın nömrə bir olduğunu bildirib: “İnsan etiraf etməlidir. Görün o, nə qədər əziyyət çəkib?! Mən nömrə bir olmalıyam? Röya dostumdu, çox əziyyət çəkib”.