Boğazını kəsərək intihar etdi

bogazini-keserek-intihar-etdi
Oxunma sayı: 4394

Bu gün Qəbələ rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Aydınqışlaq kənd sakini, 1985-ci il təvəllüdlü Tural Abdurrahmanov kənd ərazisində yerləşən köhnə və işləməyən ağac emalı sexinin yanında boğaz nahiyəsini kəsib. Çoxlu qan itirən şəxs hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.