Gürcüstan isə Azərbaycandan 1 ay sonra teledərslərə başladı

Gürcüstan isə Azərbaycandan 1 ay sonra teledərslərə başladı
Oxunma sayı: 1367

COVİD-19 virusu bütün dünyada oxşar problemlərin ortaya çıxmasına zəmin yaradıb. Dünyanın böyük iqtisadi gücləri, elm, təhsil və texnologiya nəhəngləri belə bu təhlükəli virusa qarşı mübarizədə çətinliklərlə qarşı-qarşıya qalıblar. 

Bütün bu problemlərin fonunda nəzərə çarpan cox önəmli bir məqam da var: Bir sıra ölkələr qarşılaşdıqları problemlərin həllinə klassik yanaşma sərgiləyir, bu və digər sahədə yaranan problemlərin həllini bürokratik idarəçilik sisteminin üzərindən həyata keçirilən ənənəvi tənzimləmələrdə görür, qadağaların və məhdudiyyətlərin tətbiq edildiyi sahələrin fasiləsiz fəaliyyəti üçün çevik həyata keçirməsi mümkün olan uğurlu alternativlər təklif edə bilmirlər. Amma COVİD-19 dünyanın hər gün qarşılaşdığı bir təhlükə deyil. Virus yenidir, müalicəsi tapılmayıb, sürətlə yayılır və təbii ki, öz qəfil gəlişi ilə bütün sahələrdə arzu olunmayan, klassik dövlət idarəçiliyi sistemlərinin alışmadığı yeni reallıqlar yaradıb. Məhz bu baxımdan da, koronavirus pandemiyası ilə bağlı ayrı-ayrı ölkələrdə mövcud olan problemlər, təxminən eyni olsa da, yanaşmalar fərqlidir. Çox güman ki, təhlükə sovuşduqdan sonra yeni növ koronavirusun yaratdığı problemlərin həllinə ayrı-ayrı dövlətlərin yanaşması ciddi təhlil və müzakirə mövzusu olacaq.  

Onu da qeyd edim ki, belə müzakirələr və təhlillər bu gün də aparılır və problemlərin həllinə innovativ yanaşan ölkələrin siyahısında Azərbaycanın adının ön sıralarda olması qürurvericidir. 

Məsələn, Ukraynanın tanınmış jurnalisti Aleksandr Demvenko "Azərbaycan koronavirus təşvişindən necə yayındı. Ukrayna üçün dərslər" adlı geniş analitik yazısında dövlətimizin COVİD-19 təhlükəsinin yarandığı ilk gündən qəbil qəbul etdiyi qərarların və atdığı addımların ardıcıllığına diqqət çəkib. Demçenko hesab edir ki, Azərbaycan sərhədlərin bağlanması, təhsilə fasilə verilməsi və tədris prosesinin davamlılığı və əlçatanlığının teleders kimi unikal bir vasitə ilə davam etdirilməsi, təxliyyə prosesinin yüksək peşəkarlıqla gerçəkləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, vətəndaşların maarifləndirilməsi və karantin rejiminin sistemli tətbiqi ilə ortalığa çoxlarının nəticə çıxara biləcəyi bir nümunə qoyub. Demçenko Azərbaycanda dövlət institutlarına böyük etimadın olduğunu da xüsusi olaraq qeyd edir və bildirir ki, vətəndaşlar aldadılmayacaqlarına və onlarla insan kimi davranılacağına əmindirlər.

COVİD-19 virusunun yaratdığı problemlərin aradan qaldırılması ilə bağlı Azərbaycanın atdığı və qlobal miqyasda təqdir edilən addımlardan biri Prezident İlham Əliyevin Fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fondudur. Artıq dünyanın bir sıra ölkələrində, o cümlədən qardaş Türkiyədə oxşar fondlar yaradılıb və yaxud yaradılması istiqamətində əməli addımlar atılır. 

Azərbaycanın bu təcrübəsi qlobal miqyasda da nümunə kimi götürülüb. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş COVİD-19 pandemiyası ilə mübarizə məqsədilə fond təsis edildiyini bildirib.
Xatırladım ki, pandemiyanın yaratdığı problemlərin həlli istiqamətində Azətbaycanın digər təşəbbüsləri də dünyanın ayrı-ayrı ölkələrinin diqqət mərkəzindədir. Bu sırada orta məktəblərdə təhsilin davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən tədbirləri, o cümlədən telekanallar vasitəsilə dərslərin müntəzəm olaraq tədris olunması faktını xüsusi qeyd etmək lazımdır. Azərbaycan təhsilin davamlılığını təmin etmək istiqamətində vaxt itirmədən, çevik addımlar atdı. 

Təhsil Nazirliyi martın 3-də koronavirusla bağlı məktəblərdə tətil elan olunduqdan dərhal sonra təhsildə fasiləsizliyi təmin etmək məqsədilə müzakirələrə başladı və vaxt itirmədən teledərslərin yayımı formatı üzərində dayandı. Çünki tədrisin  teleyayım formatının  bütün ölkə üzrə əhatəliyi təmin edə biləcək yeganə vasitə olduğunun sübuta ehtiyacı yoxdur. Hər bir evdə ən azı bir televizor var və ölkə üzrə yayım vasitəsi ilə hər bir evə, deməli təhsilalana bağlanmaq olar. Təhsildə əhatəlilik və əlçatanlıq vacib amil olduğundan teledərs formatı özünü doğrultdu. Martın 11- dən başlayaraq Təhsil Nazirliyi ölkənin ən yaxşı müəllimlərinin təqdimatı ilə Mədəniyyət kanalında “Dərs vaxtı” adlı teledərslərə start verdi. Və çox uğurlu da alındı. Həftənin 5 günü Azərbaycan və rus dillərində səhər saat 10:00-dan başlayaraq 15:00- dək davam edən 17 fənni əhatə etməklə 11 sinif üzrə dərslərin teleyayımı cəmiyyətə "evdə qal, təhsildən qalma" mesajını uğurlu və hər kəsin qəbul edə biləcəyi bir şəkildə təqdim etdi.

Təbii ki, teledərs Təhsil nazirliyinin müzakirəsinə cixarılan yeganə vasitə deyildi. Gündəlikdə onlayn dərslərin yayımının təşkili məsələsi də dayanırdı. 

Amma etiraf edək ki, onlayn dərs yalnız kompyuterin qarşısında  müəllimin slaydşousu deyil. Bu daha çox davamlı internet bağlantısı ilə interaktiv ünsiyyət, təhsilalanın müvafiq İT vasitələrinə əlçatımlılığı, eləcə də  onlayn platformalardan istifadənin və tədrisin bu modul üzərindən təşkili məsələsidir. Nəzərə alaq və hətta etiraf edək ki, bu sahədə hələ hər şey təkmil deyil. Özü də dünyanın demək olar ki, bütün ölkələrində qeyd etdiyimiz məsələ bu və ya digər problemlərlə müşahidə olunur.  

Məsələn, informasiya texnologiyalarının vətəni hesab olunan ABŞ-ı götürək.

ABŞ-ın Ştatların Qanunvericilik Orqanları Milli Konfransının (NCSL- National Conference of State Legislatures) məlumatına əsasən, ölkənin 46 ştatında 124 mindən artıq məktəb bağlıdır, 2019-2020-ci tədris ilinin test buraxılış imtahanları, müəllimlərin illik hesabatlılıq öhdəlikləri ləğv olunub. NCSL "Associated Press"ə istinadən bildirir ki, amerikalı tələbələrin təxminən 17% - nin evdə kompüteri  və 18% -nin genişzolaqlı internetə çıxışı yoxdur.
Eləcə də qonşu Gürcüstanı götürək. Martın ilk günlərində Gürcüstanda təhsilə fasilə veriləndə onlar da onlayn alətlərlə alternativ təhsil formasını seçdilər. Ancaq qısa müddətdən sonra cəmiyyətin çoxsaylı qınağına tuş gəldilər. Çünki təhsildə əhatəliliyi təmin edə bilməmişdilər. Regionlarda internet əlaqəsi təhsil üçün məqbul deyildi. Şagirdlərin xeyli hissəsinin kompyüter təminatı ilə bağlı problemləri var idi. Və bu günlərdə Gürcüstanın Baş Naziri teledərs formatında Gürcüstan İctimai televziyasında yayıma başlayacaqlarını bəyan etdi. Və Gürcüstan Azərbaycandan 30 gün sonra, martın 30-da teledərslərə başladı.

 Ardınca Ukrayna Prezidenti bu günlərdə elan etdi ki onun ölkəsi də təhsilin koronovirus böhranını teledərs və digər onlayn platformalarla adlamaq istəyirlər.

Gələk Azərbaycan təcrübəsinə: Əvvəlcə əhatəliliyi təmin etmək üçün tədrisin televiziya vasitəsilə yayımı. Sonra isə teledərslərə dair tapşırıqların edilməsi, interaktivliyi təmin etmək üçün virtual məktəb layihəsi. Yəni əhatəlilik + əlçatanlıq + mobil alətlərlə interaktivlik + şagirdlərin virtual sinfi. Bu məsələ  “böhran dövrü” üçün təhsilin uğurlu resepti kimi də formulə oluna bilər.

Xatırladım ki, Azərbaycan Təhsil Nazirliyinin bu layihəsi təkcə Ukrayna və  Gürcüstanda deyil,  digər ölkələrdə də problemlərin həllinə innovativ yanaşma nümunəsi kimi göstərilir. Qeyd olunur ki, bu yanaşma həm də dövlətin maliyyə resurslarına qənaət edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Maliyyə vəsaitlərinə qənaət edilməsi isə indiki dövrdə insənilən dövlət üçün müstəsna əhəmiyyətə malikdir.

Elçin Mirzəbəyli


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi