“Qafqazinfo” xəbər verir ki, bunu müstəqil ekspert Əlabbas Məhərrəmov deyib. O, bildirib ki, bu hücumlar gözlənilməz olmasa da, indiki kampaniyaya qoşulanların sırası və tərkibi təəccüb doğurur: “Həmin hücumların haradan və hansı məqsədlərlə edildiyinə dair son günlər yayılan məlumatlar da göstərir ki, Azərbaycana qarşı həm xarici, həm də daxili çevrələr “total səfərbərlik” keçiriblər. Qəribəsi budur ki, Azərbaycan əleyhinə bundan əvvəl başladılan kampaniyaların sırası əsasən beynəlxalq təşkilatlarla, ABŞ və başqa ölkələrin sabiq rəsmiləri ilə məhdudlaşırdı. İndi isə aydın olur ki, bu hücumlar ABŞ-ın dövlət katibi Con Kerri səviyyəsində dəstəklənir və istiqamətləndirilir. Azərbaycana qarşı aparılan bu kampaniyanın sırf demokratiya və insan hüquqları ilə bağlı olduğuna yalnız sadəlövhlər inana bilərlər. Çünki Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını stimullaşdıranları Azərbaycanda nə demokratiya, nə də insan haqları maraqlandırmır. Bir ölkənin ərazi bütövlüyünün pozulmasına haqq qazandıranlar, işğalçıya hər cür dəstək verənlər öz məqsədlərini bu kimi dəyərlərlə pərdələyirlər.
Demokratiya və insan haqları məsələsi “Human Rights Watch” və ABŞ Dövlət Departamentinə bağlı olan başqa təşkilatlar üçün bu qədər önəmlidirsə, niyə uzağa gedirlər - yığışıb bir dəfə də polisin qaradərili əhaliyə divan tutduğu Baltimordakı vəziyyəti müzakirə etsinlər. Baltimor və Ferqyusonda baş verən zorakılıqlardan söz düşəndə, bunu özlərinin “daxili işi adlandırırlar”, amma başqa ölkələrin gözündə tük axtarırlar, o “tük”ü tapmayanda da nə isə böhran yaratmağa çalışırlar. Amma özləri də bilir ki, Azərbaycanda o ssenarilərin həyata keçməsi mümkün deyil – Azərbaycan ABŞ-ın da, Qərb ölkələrinin də geniş nümayəndə heyətləri göndərəcəyi Avropa Oyunlarını da, başqa beynəlxlaq tədbirləri də yüksək səviyyədə keçirəcək”.
Son xəbərlər
Son Xəbərlər