“Böhtan atan şərəfsizlərin acığına...” - Mahsundan ittihamlara cavab

bohtan-atan-serefsizlerin-acigina
Oxunma sayı: 2331

Müğənni-aktyor Mahsun Kırmızıgül “Vəzir barmağı” filmi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirib.

Qafqazinfo” xəbər verir ki, Mahsum rejissorluq etdiyi ekran işində PKK terror təşkilatına rəğbətin olmasının tamamilə yanlış olduğunu söyləyib.

Kırmızıgül videomüraciətində söyləyib ki, bəzi bələdiyyə sədrləri filmin yayımına etiraz edib, böhtan kampaniyasına start veriblər:

“Mən bütün terror təşkilatlarını lənətlədim. 20 il silahların kölgəsində, Diyarbəkirdə böyüdüm. Mahnılarımda barışdan, qardaşlıqdan danışdım. Filmlərimdə qərbələ şərqin vəhdətini təşkil etdim. Heç bir zaman dinimizi qaralamadım. Mənə atılan böhtanlar doğru olsaydı, iki övladımın, anamın üzünə baxa bilərdim? Heç kim məni “irqçi” kimi təqdim edə bilməz.

Bu ölkənin azad olunmağı üçün əlimdən gələni edəcəm. Bu açıqlamanı yaymağa məcbur oldum. Filmimizin afişaları aradan qaldırıldı, bələdiyyələr kinoya qarşı senzura qoydu, məni “Vətən xaini” çıxardılar. Mənə bunları deyənlər açlaqdır. Böhtan atan əxlaqsızların, namussuzların, şərəfsizlərin acığına ölkəm üçün çalışmağa davam edəcəm”.